Xəbərlər

Prezident Kitabxanasında “Lügətlər toplusu” adlı yeni elektron kolleksiya yaradılıb

Prezident Kitabxanasında “Lügətlər toplusu” adlı yeni elektron kolleksiya yaradılıb

Prezident Kitabxanasında “Lügətlər toplusu” adlı yeni elektron kolleksiya yaradılıb

Prezident Kitabxanasının elektron resursları yeni tematik kolleksiya ilə zənginləşdirilib. Elektron kitablar altbölməsində istifadəyə verilən “Lüğətlər toplusu” adlı yeni elektron kolleksiya elmi terminologiyanın sistemləşdirilməsi və anlayışların dəqiq izahına xidmət edən fundamental leksikoqrafik mənbələri əhatə edir.

Yeni elektron kolleksiya Azərbaycan dilinin leksik və normativ xüsusiyyətlərini əks etdirən izahlı və ensiklopedik lüğətlərlə yanaşı, humanitar, ictimai və texniki istiqamətlər üzrə ixtisaslaşmış terminoloji nəşrləri də özündə ehtiva edir. Bu lüğətlər terminlərin elmi baxımdan dəqiq və sistemli şəkildə təqdim olunmasını təmin edir, bilik sahələri arasında məntiqi əlaqələrin qurulmasına kömək göstərir.

Kolleksiyada yer alan resurslar eyni zamanda Azərbaycan dilinin müxtəlif dillərlə qarşılıqlı əlaqəsini əks etdirən ikidilli və çoxdilli leksikoqrafik materialları da özündə birləşdirir. Türk dilləri və ölkədə yaşayan azsaylı xalqların dilləri üzrə tərtib edilmiş lüğətlər dil müxtəlifliyinin tədqiqi, tarixi-linqvistik irsin qorunması və elmi tədqiqatların aparılması baxımından mühüm istinad mənbələridir.

“Lüğətlər toplusu” elektron kolleksiyası tədqiqatçılar, mütəxəssislər və tələbələr üçün etibarlı elmi-informasiya bazası formalaşdırır. Kolleksiyanın Prezident Kitabxanasının elektron fonduna əlavə edilməsi bilik resurslarının rəqəmsal mühitdə əlçatanlığının artırılması, elmi-informasiya təminatının gücləndirilməsi və milli dilçilik irsinin sistemli təqdim olunması istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətin tərkib hissəsidir.

Elektron Kitablar kolleksiyası
Lüğətlər toplusu

Lüğətlər toplusu

Topluda Azərbaycan dilinin izahlı lüğətinin çoxcildliyi, Azərbaycan dilinin orfoqrafiya lüğəti, sinonimlər və paronimlər lüğətləri kimi baza nəşrlərlə yanaşı, müxtəlif sahələr üzrə ixtisaslaşmış izahlı lüğətlər də yer alır. Memarlıq və şəhərsalma,…