Topluda Azərbaycan dilinin izahlı lüğətinin çoxcildliyi, Azərbaycan dilinin orfoqrafiya lüğəti, sinonimlər və paronimlər lüğətləri kimi baza nəşrlərlə yanaşı, müxtəlif sahələr üzrə ixtisaslaşmış izahlı lüğətlər də yer alır. Memarlıq və şəhərsalma, arxeologiya, monoqrafik musiqi, muğam, Azərbaycan kinosu, informatika, ekologiya, politologiya və fəlsəfə istiqamətlərində hazırlanmış ensiklopedik və terminoloji nəşrlər müvafiq sahələr üzrə dəqiq anlayış sistemini təqdim edir.