Xəbərlər

Prezident Kitabxanasına “İlham Əliyev. İnkişaf — məqsədimizdir” çoxcildliyinin 145-ci cildi daxil olub

Prezident Kitabxanasına “İlham Əliyev. İnkişaf — məqsədimizdir” çoxcildliyinin 145-ci cildi daxil olub

Prezident Kitabxanasına “İlham Əliyev. İnkişaf — məqsədimizdir” çoxcildliyinin 145-ci cildi daxil olub

Prezident Kitabxanası fonduna Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətini sistemli şəkildə əks etdirən “İlham Əliyev. İnkişaf — məqsədimizdir” çoxcildliyinin 145-ci cildi daxil olub.

Nəşr 2025-ci ilin may-iyun aylarında ölkə daxilində və beynəlxalq müstəvidə baş verən əsas siyasi hadisələri, dövlət başçısının çıxış və görüşlərini əhatə edir. Bu cilddə 28 May — Müstəqillik Günü münasibətilə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının Prezident İlham Əliyevə ünvanladıqları təbrik məktubları toplanıb.

Kitab oxuculara Prezidentin Türk Dövlətləri Təşkilatı Daxili İşlər nazirlərinin 2-ci görüşündə iştirak edən nümayəndə heyəti ilə görüşü, eləcə də Laçında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə keçirilmiş Zirvə görüşləri barədə materiallarla tanış olmaq imkanı yaradır.

Çoxcildliyin 145-ci cildi, həmçinin Bakı Enerji Həftəsi çərçivəsində keçirilmiş tədbirləri işıqlandırır. Burada 30-cu yubiley “Caspian Oil and Gas” Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, 13-cü “Caspian Power” Xəzər Beynəlxalq Energetika və “Yaşıl enerji” sərgisi, 30-cu yubiley “Baku Energy Forum”u, eləcə də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi ilə bağlı materiallar təqdim olunur.

Yeni cildin Prezident Kitabxanası fonduna əlavə olunaraq oxuculara ölkə həyatının mühüm siyasi hadisələrini və dövlət başçısının iştirak etdiyi beynəlxalq tədbirləri ardıcıl şəkildə izləmək imkanı yaradır.

Kitab haqqında
İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər

İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər

Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov.
145-ci kitab: may 2025 - iyun 2025.- Bakı: Azərnəşr, 2025.- 392 s.