Xəbərlər

Prezident Kitabxanasının əməkdaşı “Pəmbək mahalı İkinci Dünya Savaşında” adlı kitabın təqdimat mərasimində iştirak etmişdir

Prezident Kitabxanasının əməkdaşı “Pəmbək mahalı İkinci Dünya Savaşında” adlı kitabın təqdimat mərasimində iştirak etmişdir

Prezident Kitabxanasının əməkdaşı “Pəmbək mahalı İkinci Dünya Savaşında” adlı kitabın təqdimat mərasimində iştirak etmişdir

18 iyul 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasında Lütfiyar Nəsibovun müəllifi olduğu “Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

Kitabda Pəmbək mahalının 14 kəndindən İkinci Dünya müharibəsi zamanı döyüşlərdə iştirak edən 1240 azərbaycanlının, müharibə illərində həlak olan 629 əsgər və zabitin adları, onların iştirak etdikləri döyüşlər haqqında məlumatlar keçmiş SSRİ Müdafiə Nazirliyinin arxiv sənədləri əsasında, sistemli şəkildə öz əksini tapmışdır.

Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Prezident Kitabxanasının direktorunun Qafqazşünaslıq məsələləri üzrə müşaviri Nazim Mustafa çıxış edərək İkinci Dünya müharibəsində iştirak edən Qərbi azərbaycanlıların statistikası və Ermənistanda çap edilən əsərlərdə soydaşlarımız haqqında verilən məlumatlar barəsində söhbət açmışdır.

Nazim Mustafa Lütfiyar Nəsibovun "Göyçə mahalı II Dünya savaşında: həlak olanlar, itkin düşənlər" (Bakı, 2021), "Ağbaba-Şörəyel II Dünya savaşında: həlak olanlar və itkin düşənlər" (Bakı, 2021) kitablarının elektron versiyalarının Prezident Kitabxanasının saytında yerləşdirildiyini və təqdimatı keçirilən kitabın da elektron versiyasının da tezliklə yerləşdiriləcəyini bildirmişdir.

Kitabın müəllifi L.Nəsibov yeni çap olunan kitabının iki nüsxəsini Prezident Kitabxanasına hədiyyə etmişdir. 

Kitab haqqında
Pəmbək mahalı II Dünya savaşında

Pəmbək mahalı II Dünya savaşında

Nəsibov, Lütfiyar. Pəmbək mahalı II Dünya savaşında / L. Nəsibov; red. Ə. Ələkbərli; Qərbi Azərbaycan İcması.- Bakı: "Apostrof-A", 2025.- 344 s.