Prezident Kitabxanası Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, tanınmış diplomat və publisist Əlimərdan bəy Topçubaşovun irsinə həsr olunmuş virtual kitab sərgisini ictimaiyyətin istifadəsinə təqdim edib. Bu layihə, ölkənin dövlətçilik tarixində mühüm rol oynamış şəxsiyyətlərin elmi, ictimai və mədəni irsinin sistemli şəkildə təbliği baxımından əhəmiyyətli təşəbbüsdür.
Virtual sərgidə Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti ilə bağlı geniş informasiya bazası toplanmışdır. Sərgiyə daxil edilən materiallar arasında onun müəllifi olduğu əsərlər, haqqında nəşr olunmuş elmi-tarixi kitablar, arxiv sənədləri və digər materiallar yer alır.
Bu sərgi həm tədqiqatçılar, həm də geniş oxucu auditoriyası üçün Əlimərdan bəy Topçubaşovun fəaliyyətini çoxşaxəli şəkildə öyrənmək imkanı yaradır. Layihə Prezident Kitabxanasının rəqəmsal mühitdə biliklərin paylaşılması və tarixi yaddaşın qorunması istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin növbəti nümunəsidir.
Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, AXC hökumətinin qurucularından biri olan Əlimərdan bəy Topçubaşov xalqımızın milli-azadlıq mübarizəsi tarixində əvəzsiz rol oynamış şəxsiyyətlərdən biridir. Əlimərdan bəy Topçubaşov Azərbaycan parlamentinin sədri (1918,…