Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Prezident Kitabxanası tərəfindən təşkil edilən virtual kitab sərgisi ölkəmizin hərbi-siyasi tarixinə, ordu quruculuğuna və müasir hərbi doktrinaya dair fundamental nəşrləri əhatə etməklə geniş ictimaiyyət üçün əhəmiyyətli elmi və informasiya mənbəyidir.
Sərgidə təqdim olunan kitablar Azərbaycan Ordusunun formalaşma və inkişaf mərhələlərini əhatə etməklə, müxtəlif dövrlərdə – Azərbaycan Xalq Cümhuriyyəti dövründə, sovet hakimiyyəti illərində və müstəqillik illərində həyata keçirilmiş hərbi-siyasi islahatlar barədə dolğun təsəvvür yaradır. Eyni zamanda, sərgidə Azərbaycanın qədim və orta əsrlər hərb tarixinə, görkəmli hərbi xadimlərin fəaliyyətinə, hərbi qanunvericilik və normativ sənədlərə, Vətən müharibəsində əldə olunmuş Qələbəyə, eləcə də Milli Qəhrəmanların həyat və igidliklərinə həsr olunmuş nəşrlər təqdim olunur.
Virtual sərgidə müxtəlif dillərdə təqdim olunan bu nəşrlər, həm tədqiqatçılar, həm də geniş oxucu auditoriyası üçün Azərbaycanın hərb tarixinə dair sistemli və etibarlı bilik mənbəyi funksiyasını yerinə yetirir.
Prezident Kitabxanasının bu təşəbbüsü Azərbaycanın hərbi-siyasi tarixinin öyrənilməsi, ordu quruculuğu sahəsində əldə olunmuş nailiyyətlərin təbliği və gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. Prezident Heydər Əliyevin 22 may…