18 Oktyabr tarixi Azərbaycanda dövlət müstəqilliyinin bərpası günüdür. 1991-ci ilin bu günündə Azərbaycan Respublikası Sovet İttifaqından ayrılaraq öz suverenliyini və müstəqilliyini yenidən elan edib. Bu gün xalqın azadlıq, suverenlik və milli dövlətçilik ideallarının təntənəsi kimi qeyd olunur və ölkənin tarixi-mədəni yaddaşında önəmli yer tutur. 18 Oktyabr həm də müstəqillik uğrunda gedən mübarizənin rəmzi kimi xalqın birliyini və vətənpərvərlik ruhunu canlandırır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü münasibətilə Prezident Kitabxanası tərəfindən “18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı virtual sərgi ictimaiyyətin istifadəsinə təqdim edilib. Sərgidə Azərbaycanın müstəqillik tarixinə dair kitablar yer alır.
Sərginin məqsədi Prezident Kitabxanasının əsas vəzifələrindən biri kimi oxucuları ölkəmizin dövlət müstəqilliyinin bərpası yolunda keçdiyi tarixi mərhələlərlə tanış etmək, bu sahədə toplanmış rəsmi sənədləri və digər mənbələri ictimaiyyətə təqdim etməklə milli yaddaşın qorunmasına və gənc nəslin vətənpərvərlik ruhunda maarifləndirilməsinə töhfə verməkdir.
18 Oktyabr tarixi Azərbaycanda dövlət müstəqilliyinin bərpası günüdür. 1991-ci ilin bu günündə Azərbaycan Respublikası Sovet İttifaqından ayrılaraq öz suverenliyini və müstəqilliyini yenidən elan etmişdir. Bu gün xalqın azadlıq, suverenlik və…