Xəbərlər

Prezident Kitabxanasının fonduna yeni nəşr daxil olub

Prezident Kitabxanasının fonduna yeni nəşr daxil olub

Prezident Kitabxanasının fonduna yeni nəşr daxil olub

Tarixçi alim (Dr. Öğr. Üyesi) Elnarə Mədətovanın müəllifi olduğu “Karabağ Hanlığı'nın Mimari Tarihi” (Qarabağ xanlığının memarlıq tarixi) adlı kitabı Prezident Kitabxanasının fonduna daxil olub.

Elmi araşdırma əsasında hazırlanan kitab XVIII əsrin ortalarında Pənahəli xan tərəfindən Azərbaycanın Kür və Araz çayları ilə Göyçə gölü arasında yerləşən ərazilərində yaradılmış Qarabağ xanlığının coğrafiyasında mövcud olmuş türk-islam dünyasına aid memarlıq abidələrinin tarixinə həsr olunub.

Əsərdə Qarabağ xanlığı dövrünə aid müdafiə, dini və mülki xarakterli memarlıq tikililəri araşdırılıb, onların tarixi, memarlıq xüsusiyyətləri və mədəni əhəmiyyəti sistemli şəkildə təhlil edilib.

Kitabın ərsəyə gəlməsində əsas amil indiyədək ədəbiyyatda Qarabağ xanlığının memarlıq tarixinə dair müstəqil və əhatəli akademik çalışmanın olmamasıdır. Müəllif bu əsərlə həmin sahədə mövcud olan mühüm elmi boşluğun aradan qaldırılmasına töhfə verməyi qarşıya məqsəd qoyub.

Tədqiqatda Qarabağ xanlığı dövrünün memarlıq irsi yalnız tikililərin tarixi baxımından deyil, həm də onların memarlıq və mədəni konteksti çərçivəsində nəzərdən keçirilib. Əsər Qarabağ xanlığının tarixi-mədəni irsinin öyrənilməsi, bölgədə formalaşmış memarlıq ənənələrinin araşdırılması və gələcək elmi tədqiqatlar üçün mühüm mənbə kimi qiymətləndirilə bilər.

“Karabağ Hanlığının Mimari Tarihi” (Qarabağ xanlığının memarlıq tarixi) kitabının Prezident Kitabxanasının fonduna daxil edilməsi bu istiqamətdə aparılan elmi araşdırmaların daha geniş oxucu və tədqiqatçı auditoriyasına çatdırılması baxımından əhəmiyyət daşıyır.

Kitab haqqında
Karabağ Hanlığı’nın Mimari Tarihi

Karabağ Hanlığı’nın Mimari Tarihi

Madatova, Elnara. Karabağ Hanlığı’nın Mimari Tarihi / E. Madatova.- Bakü: Red N Line MMC, 2026.- 300 s. - Türk dilində.