Xəbərlər

Prezident Kitabxanasına dəyərli nəşr hədiyyə olunub

Prezident Kitabxanasına dəyərli nəşr hədiyyə olunub

Prezident Kitabxanasına dəyərli nəşr hədiyyə olunub

Prezident Kitabxanasına filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayeva tərəfindən “Munisnamə” təsəvvüfə dair mənbə kimi adlı qiymətli kitab hədiyyə olunub. Kitabda Azərbaycan ədəbi mühitinə nisbətən gec təqdim edilmiş XII əsrin görkəmli klassik ədəbiyyat nümayəndəsi, dahi Nizaminin müasiri və dostu Əbubəkr ibn Xosrov əl-Ustadın möhtəşəm “Munisnamə” əsərinin təsəvvüflə bağlı III və IV fəsillərinin, Əli ibn Osman əl-Cüllabi əl-Hücvirinin “Kəşf əl-məhcub” və Fəridəddin ibn Məhəmməd Əttarın “Təzkirətül-övliya” əsərləri ilə müqayisəli təhlili təqdim edilir.

“Munisnamə” əsərinin yazıldığı dövrdə müsəlman Şərqinin mədəni-mənəvi və sosial-siyasi həyatında təsəvvüf mühüm təsirə malik idi. Tədqiqat əsasında İslam təsəvvüfünün böyük simaları kimi tanınan 72 məşhur sufinin tərcümeyi-halı təqdim olunur, onların həyat və fəaliyyəti əl-Hücviri və Əttarın əsərləri ilə müqayisəli təhlil edilir.

Kitabın Prezident Kitabxanasının fonduna daxil edilməsi həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün Azərbaycan təsəvvüf ədəbiyyatının öyrənilməsində önəmli mənbə rolunu oynayır.

Kitab haqqında
"Munisnamə" təsəvvüfə dair mənbə kimi

"Munisnamə" təsəvvüfə dair mənbə kimi

Rzayeva, Rəna. "Munisnamə" təsəvvüfə dair mənbə kimi / R. Rzayeva; red. M. Kazımov; AMEA ak. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu.- Bakı: Elm, 2025.- 336 s.