Bu gün, 26 avqust – Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. Prezident Kitabxanasının rəhbərliyi və kollektivi Mehriban xanımı bu münasibətlə səmimi-qəlbdən təbrik edir. Məhz bu günə həsr olunmuş “Mehriban Əliyeva” adlı virtual kitab sərgisi ilə yanaşı, “Mehriban Əliyeva – mədəniyyətimizin hamisi” e-kitablar kolleksiyası da Prezident Kitabxanası tərəfindən ictimaiyyətin istifadəsinə təqdim edilir.
Sərgi və e-kitablar kolleksiyası Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli həyat və fəaliyyətini müxtəlif istiqamətlər üzrə işıqlandırır. Təqdim olunan kitablar Mehriban xanımın humanizmə, xeyirxahlığa və milli-mənəvi dəyərlərə verdiyi önəmi əks etdirir, həmçinin mədəniyyət və incəsənətin inkişafı, ictimai həmrəylik, sosial məsuliyyət və tolerantlıq sahəsində həyata keçirilmiş təşəbbüslər barədə məlumat verir.
Materiallarda həmçinin Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu vasitəsilə reallaşdırılmış layihələr, milli-mədəni irsin qorunması istiqamətində görülmüş işlər və ölkəmizi beynəlxalq səviyyədə tanıdan fəaliyyətlər yer alır.
Virtual sərgi və e-kitablar kolleksiyası oxuculara Mehriban xanımın ictimai və humanitar sahələrdəki xidmətlərini sistemli şəkildə izləmək, onun şəxsiyyətini, ictimai mövqeyini və Azərbaycanın inkişafına verdiyi töhfələri öyrənmək üçün etibarlı mənbə rolunu oynayır.
Ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dövlət müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin şaxələndirilməsi, dövlətçilik ənənələrinin qorunmasında əvəzolunmaz xidmətləri, uğurlu daxili və xarici siyasəti ilə…
“Mehriban Əliyeva - mədəniyyətimizin hamisi. E-Kitablar kolleksiyası”nda Mehriban xanım Əliyevanın Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun (2004—2022) və ISESCO-nun xoşməramlı səfiri kimi ölkəmizin ictimai-siyasi,…