Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı, alim və pedaqoq, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin zəngin irsinin geniş oxucu kütləsinə çatdırılması məqsədilə Prezident Kitabxanası tərəfindən “Mir Cəlal” adlı çoxdilli virtual kitab sərgisi istifadəyə verilmişdir.
Virtual sərgidə ədibin həyat və yaradıcılığına dair müxtəlif dillərdə nəşr olunmuş kitablar, monoqrafiyalar, elmi araşdırmalar və xatirələr təqdim olunmuşdur. Bu nəşrlər Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu, onun tənqid və ədəbiyyatşünaslıq sahəsində apardığı dərin elmi araşdırmalar, pedaqoji fəaliyyəti və müasir Azərbaycan ədəbiyyatına təsiri haqqında ətraflı məlumat verir.
Virtual kitab sərgisi Prezident Kitabxanasının rəsmi veb-saytı üzərindən oxucuların istifadəsinə açıqdır və geniş elmi ictimaiyyət, tələbələr, tədqiqatçılar və ədəbiyyatsevərlər üçün dəyərli mənbə rolunu oynayır. Bu layihə, həmçinin klassik Azərbaycan ədəbiyyatının görkəmli simalarının irsinin qorunması, öyrənilməsi və təbliği baxımından Prezident Kitabxanasının həyata keçirdiyi mühüm mədəni-maarifçilik təşəbbüslərinin davamıdır.
XX əsr Azərbaycan ədəbiyyatının görkəmlı simalarından olan Mir Cəlal Paşayev nasr, ədəbiyyatşünas, alim, müəllim, mütəfəkkir kimi tarixi bir iz qoyub. Mir Cəlal Paşayev Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər…