Mir Cəlal

Virtual sərgi

XX əsr Azərbaycan ədəbiyyatının görkəmlı simalarından olan Mir Cəlal Paşayev nasr, ədəbiyyatşünas, alim, müəllim, mütəfəkkir kimi tarixi bir iz qoyub. Mir Cəlal Paşayev Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan kimi xalqımızın yaddaşında əbədiyaşarlıq haqqı qazanıb. O, milli şifahi ədəbiyyatın, klassik və bədii nəsrin ən yaxşı ənənələri əsasında yetişib, mahir hekayə ustası və romançı kimi yüksəlmişdir. Böyük şəxsiyyət Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olaraq qalacaq.