Prezident Kitabxanası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı və tanınmış ictimai xadim Yusif Səmədoğlunun anadan olmasının 90 illiyi münasibətilə "Yusif Səmədoğlu – 90" adlı virtual sərgi təqdim edib.
Virtual ekspozisiya görkəmli yazıçının zəngin yaradıcılıq irsini, Azərbaycan ədəbi düşüncə tarixindəki yerini və milli mədəniyyətimizə verdiyi töhfələri əks etdirən seçilmiş nəşrləri və tədqiqatları bir araya gətirib.
Sərgidə Yusif Səmədoğlunun müxtəlif illərdə nəşr olunmuş əsərləri, seçilmiş hekayə və romanları, eləcə də onun yaradıcılıq yolu və ictimai fəaliyyətinə həsr edilmiş monoqrafik tədqiqatlar yer alır. Bunlarla yanaşı, müasir Azərbaycan ədəbiyyatının inkişaf mərhələlərini, XX–XXI əsr ədəbi proseslərini və görkəmli yazıçıların yaradıcılığını əhatə edən ensiklopedik nəşrlər, həmçinin ədəbiyyat tarixinin müxtəlif məsələlərini araşdıran elmi əsərlər də sərgidə öz əksini tapıb.
Sərgidə Səmədoğlular ailəsinin tarixinə və Vəkiloğulları nəslinin köklərinə dair materiallar xüsusi yer tutub. Eyni zamanda Azərbaycan ədəbiyyatının digər görkəmli nümayəndələrinin, o cümlədən Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş tədqiqatlar da sərgidə yer alıb.
"Yusif Səmədoğlu – 90" virtual sərgisi geniş ictimaiyyət, tədqiqatçılar və oxucular üçün dəyərli informasiya mənbəyi kimi nəzərdə tutulub. Sərgi görkəmli yazıçının yaradıcılıq irsinə marağın artırılması və onun ədəbi dünyasının gənc nəslə daha yaxından tanıdılması məqsədi daşıyır.
Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə…