Xəbərlər

Klassik ədəbiyyatın nadir nümunələri Prezident Kitabxanasının virtual kolleksiyasında

Klassik ədəbiyyatın nadir nümunələri Prezident Kitabxanasının virtual kolleksiyasında

Klassik ədəbiyyatın nadir nümunələri Prezident Kitabxanasının virtual kolleksiyasında

Prezident Kitabxanası nadir kitablar fondunun virtual kolleksiyasını yeni və qiymətli nəşrlərlə daim genişləndirir. Bu dəfə kolleksiyaya daxil edilən nəşrlər həm mövzu rəngarəngliyi, həm də poliqrafik xüsusiyyətləri ilə diqqət çəkir. XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid psixologiya, bədii ədəbiyyat, lirik poeziya və macəra romanları xüsusi maraq doğurur.

Bu kolleksiyada Anna Syuelin məşhur əsəri “Black Beauty” (“Qara Köhlən”), Adolf Frayherr fon Kniqqenin 1898-ci ildə çap olunmuş “Über den Umgang mit Menschen” (“İnsanlarla necə davranmalı”), Peter Rozeggerin 1911-ci ildə işıq üzü görmüş “Die Schriften des Waldschulmeisters” (“Kənd müəlliminin yazıları”) seçilmiş əsərlər toplusu, Adelbert fon Şamissonun “Frauen – Liebe und Leben. Lieder-Cyclus” (“Qadınlar – Sevgi və Həyat. Mahnılar silsiləsi”), eləcə də Ceyms Fenimor Kuperin məşhur “Le Dernier des Mohicans” (“Sonuncu Mogikan”) romanının 1885-ci il fransız dilində nəşri yer alır.

Bu nəşrlər yalnız mövzu zənginliyi ilə deyil, həm də oxucuda maraq oyadan özünəməxsusluğu ilə seçilir. Onlar müəlliflərin sağlığında çap olunmuş, dövrün ədəbi mühitini yaşadan və bu gün də aktuallığını qoruyan əsərlərdir. Alman, fransız, ingilis və rus dillərində işıq üzü görmüş bu kitablar həm məzmunu, həm də qədim kitabçılıq ənənələrini əks etdirən zərif poliqrafik üslubu ilə oxucunu valeh edir.

Hər kitab üçün Azərbaycan, rus və ingilis dillərində hazırlanan qısa annotasiyalar isə bu nadir ədəbiyyat irsini daha geniş oxucu auditoriyası üçün əlçatan edir. Yeni təqdim olunan nəşrlər həm klassik irsin parlaq nümunəsi, həm də kitabsevərlərin diqqətini çəkən nadir tapıntılar kimi dəyərləndirilir. Onların virtual təqdimatı Prezident Kitabxanasının zəngin fondunu müasir oxucu üçün daha da yaxınlaşdırır.