Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra bir çox türkiyəli elm adamları ölkəmizə gələrək ciddi tədqiqatlar aparmış, həmin tədqiqatların nətəcələri əsasında qiymətli kitablar ərsəyə gətirmişlər. Belə alimlərdən biri də elmlər doktotu, professor Eyüp Zengindir. O, 7 ildən artıq müddətdə Azərbaycanın arxivlərində, kitabxanalarında tədqiqat işləri aparmışdır. E. Zengin Prezident Kitabxanasının daimi oxucularından olmuşdur. Özünün də qeyd etdiyi kimi, Prezident Kitabxanasında hazrlanan elektron resurslar onun tədqiqatlarının zənginləşməsində çox faydalı olmuşdur.
Bu günlərdə E.Zengin yenidən Prezident Kitabxanasının qonağı olmuşdur. O, Kitabxanamızın fonduna son vaxtlar ərsəyə gətirdiyi və İstanbulda çap edilən “Bağımsızlığın 30. Yılında Azerbaycan. (1991-2021)” ikicildlik kitabını hədiyyə etmişdir.
Ümumilikdə, 1000 səhifədən artıq olan ikicildliyin birinci cildində müəllif Azərbaycan haqqında mühüm məlumatlar, o cümlədən coğrafi özəlikləri, əhalisinin tərkibi, müstəqillikdən sonrakı idarəetmə sistemi, beynlxalq münasibətlər sistemində Azərbaycanın yeri, xarici siyasətinin təməl prinsipləri haqqında geniş məlumat verilmişdir. Kitabın ikinci cildində müstəqillik əldə etdikdən sonra Azərbaycanın iqtisadi vəziyyəti, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinin iqtisadiyyatımıza təsiri, ölkəmizdə cərəyan edən siyasi çəkişmələr, sabitliyin bərqərar olmasından sonra bazar iqtisadiyyatına keçid və xarici iqtisadi əlaqələrin genişləməsi, Türkiyə ilə münasibətlərin bütün aspektləri ətraflı təhlil edilmişdir.
İkicildliyin elektron versiyaları hazırlanaraq Prezident Kitabxanasının saytında yerləşdiriləcəkdir.
Zengin, Eyüp. Bağımsızlığının 30.yılında Azerbaycan / E. Zengin.
I Cilt: Coğrafya-toplum-yönetim-diş politika.- İstanbul: Akademi Titiz Yayınları, 2022.- 481 s.