Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnkişaf – məqsədimizdir” çoxcildliyinin 142-ci kitabı Prezident Kitabxanasının fonduna daxil olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnkişaf – məqsədimizdir” çoxcildliyinin 142-ci kitabı Prezident Kitabxanasının fonduna daxil olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnkişaf – məqsədimizdir” çoxcildliyinin 142-ci kitabı Prezident Kitabxanasının fonduna daxil olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnkişaf – məqsədimizdir” çoxcildliyinin yenicə nəşr olunmuş 142-ci cildi Prezident Kitabxanasının fonduna daxil olmuşdur. Yeni nəşr 2024-cü ilin dekabr ayından 2025-ci ilin fevral ayına qədərki dövrü əhatə edən mühüm siyasi hadisə və çıxışları özündə birləşdirir.

Çoxcildliyin bu cildində Prezident İlham Əliyevin ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) yekdilliklə üzv seçilməsi münasibətilə Türkiyə, Misir, Pakistan və İran prezidentlərinə ünvanladığı təşəkkür məktubu yer alır. Həmçinin Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin faciəvi qəzaya uğraması ilə əlaqədar dövlət başçısının Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirdiyi müşavirədəki çıxışı, həlak olan ekipaj üzvlərinin ailələri ilə görüşü və bu məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışıqları kitabda əks olunmuşdur.

Kitabda Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa ünvanladığı təbrik müraciəti, yerli televiziya kanallarına verdiyi geniş müsahibəsi, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarəti və bu münasibətlə etdiyi çıxış, eləcə də ölkədə keçirilmiş bələdiyyə seçkilərində iştirakı barədə məlumatlar da təqdim olunur.

Eyni zamanda Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin Çinin nüfuzlu CGTN telekanalına verdiyi geniş müsahibəsi də çoxcildliyin bu cildində öz əksini tapmışdır. “İnkişaf – məqsədimizdir” çoxcildliyi müasir Azərbaycanın siyasi tarixini əhatə edən mühüm mənbə olaraq, oxucular üçün olduqca dəyərli və etibarlı informasiya mənbəyi olaraq qalır.

Prezident Kitabxanası bu dəyərli nəşri oxuculara təqdim etməklə, Azərbaycanın son illərdəki inkişaf yolunu və əhəmiyyətli sənədləri geniş auditoriyaya çatdıraraq, bu məlumatların qorunması və gələcək nəsillərə ötürülməsini təmin edir.