Xəbərlər

Prezident Kitabxanasının direktoru Afət Abbasova Milli Kitabxanada Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfransda iştirak etmişdir

Prezident Kitabxanasının direktoru Afət Abbasova Milli Kitabxanada Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfransda iştirak etmişdir

Prezident Kitabxanasının direktoru Afət Abbasova Milli Kitabxanada Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfransda iştirak etmişdir

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilmiş “Heydər Əliyev: dövlət suverenliyi və konstitusiya quruluşu” mövzusunda elmi konfrans ölkənin elmi, mədəni və kitabxana ictimaiyyətinin diqqət mərkəzində olub. Konfransda ölkənin aparıcı mədəniyyət müəssisələrindən biri olan Prezident Kitabxanasının direktoru Afət xanım Abbasova da iştirak edib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin, eyni zamanda Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli konfransda “Ulu öndər Heydər Əliyev: konstitusiya və dövlət suverenliyi” mövzusunda çıxış etmişdir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu öz çıxışında Heydər Əliyevin mədəniyyətə və milli dəyərlərə xüsusi həssaslıqla yanaşdığını vurğulamış, onun siyasi iradəsinin Azərbaycanı fəlakətdən çıxarıb sabitliyə və inkişafa qovuşdurduğunu qeyd etmişdir.

Konfransda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, deputatlar Hikmət Babaoğlu, Aydın Mirzəzadə, Vüqar Rəhimzadə, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Mətbuat Şurasının sədri Rəşad Məcid və BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək, Heydər Əliyevin təhsilə, kitabxana işinə və Milli Kitabxanaya göstərdiyi davamlı diqqətdən danışıblar.