Xəbərlər

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Türkiyədə beynəlxalq konfrans və işgüzar görüşlərdə iştirak edib

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Türkiyədə beynəlxalq konfrans və işgüzar görüşlərdə iştirak edib

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Türkiyədə beynəlxalq konfrans və işgüzar görüşlərdə iştirak edib

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova 3-7 noyabr 2025-ci il tarixində Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərində ezamiyyətdə olub. Ezamiyyət çərçivəsində professor Abbasova müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmiş və kitabxana-informasiya sahəsində müasir texnologiyalarla bağlı işgüzar görüşlər aparmışdır.

2025-ci il noyabrın 4-5-də Ankara şəhərində keçirilən “ANKOSLink – 2025” Beynəlxalq Konfransında professor Afət Abbasova iştirak etmişdir. Konfransın açılış mərasimi Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının Dairə Başqanı Ayhan Tuğlu, ANKOS (Anadolu Üniversitet Kitabxanaları Konsorsiumu) prezidenti İsmail Çetinkaya və Türkiyənin təhsil naziri Erol Özvarın çıxışları ilə başlamışdır. Tədbir çərçivəsində “Kitabxana 5.0 modeli və insan yönümlü rəqəmsal xidmətlər”, “Rəqəmsal məzmunların uzunmüddətli qorunması və davamlı əlçatanlıq”, “Süni intellekt və etika”, “Akademik tədqiqatlarda süni intellekt əsaslı alətlər” və “Süni intellekt texnologiyalarının kitabxana fəaliyyətinə təsiri” mövzularında panel müzakirələri və təqdimatlar təşkil edilmişdir.

Konfrans zamanı professor Afət Abbasova Wiley, IEEE Xplore, SOBIAD, JoVE, Sage, Muteferriqa, Elsevier, EBSCO və digər beynəlxalq nəşriyyat və verilənlər bazalarının nümayəndələri ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə etmiş, yeni platformaların tətbiq imkanlarını öyrənmişdir. Bundan əlavə, professor Afət Abbasova Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının bərpa laboratoriyasında olaraq yararsız hala düşmüş kitabların bərpa üsulları, bu prosesdə istifadə olunan kimyəvi və təbii maddələr, eləcə də tətbiq edilən xüsusi alətlərlə əyani şəkildə tanış olmuşdur.

Noyabrın 6-dan 7-dək professor Abbasova Arxiv Dizayn Məlumat Sistemləri Anonim Şirkətinin dəvəti ilə İstanbulda olmuşdur. Burada YORDAM Kitabxana Avtomatlaşdırma Sistemi və ARXİVİST Arxiv Sənədinin İdarəetmə Sistemi əyani təqdim edilmiş, Prezident Kitabxanasının direktoru tərəfindən verilən suallar geniş şəkildə cavablandırılmışdır. Eyni zamanda Rami Millət Kitabxanasına səfər zamanı kitabxanaya yeni daxil olmuş kitabların avtomatlaşdırma sisteminə daxil edilməsi prosesi izlənmiş, kitab fondunun saxlandığı xüsusi depoya baxış keçirilmiş və əlyazma əsərlərin bərpası üzrə laboratoriyaların fəaliyyəti ilə tanışlıq aparılmışdır.

Bu ezamiyyət Prezident Kitabxanasının müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi və inkişafı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin avtomatlaşdırma və arxiv idarəetmə sistemlərinin tətbiqi imkanlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda keçirilən görüşlər və iştirak edilən tədbirlər kitabxana-informasiya sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsinə töhfə vermişdir.