23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Prezident Kitabxanası tərəfindən əhatəli virtual kitab sərgisi təşkil olunub. Sərgidə müxtəlif dillərdə nəşr edilmiş və dövlət idarəçiliyi sahəsinin nəzəri və praktiki əsaslarını əhatə edən dəyərli nəşrlər təqdim olunur.
Virtual ekspozisiyada dövlət qulluğunun hüquqi əsasları, idarəetmə sistemində tətbiq olunan islahatlar, dövlət qulluqçularının əlavə təhsili və peşə hazırlığı, korrupsiyaya qarşı mübarizə mexanizmləri, dövlət qulluğuna qəbul qaydaları və bu sahədə tətbiq edilən kadr siyasətinə dair sistemləşdirilmiş nəşrlər yer alıb. Sərgidə həmçinin "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu və bu sahəni tənzimləyən digər normativ sənədlərin topluları da istifadəçilərə təqdim edilir.
Təqdim olunan ədəbiyyat yalnız hüquqi və inzibati çərçivələrlə məhdudlaşmır, eyni zamanda dövlət qulluğu institutunun tarixi inkişaf dinamikası, idarəetmə fəlsəfəsi və çağdaş tələblər baxımından da geniş təhlil imkanı yaradır. Sərgi, dövlət qulluğu sahəsində fəaliyyət göstərən mütəxəssislər, tələbələr, eləcə də idarəetmə və hüquq üzrə tədqiqatçılar üçün etibarlı bilik mənbəyi funksiyasını daşıyır.
Prezident Kitabxanasının bu təşəbbüsü ictimaiyyətin elmi və hüquqi maarifləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların əhəmiyyətli bir nümunəsidir.
Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, öz vəzifə və səlahiyyətlərini qanunvericiliyə uyğun qurmaq, gördüyü işi ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq, davranışı və əməlləri ilə yetişən…