Xəbərlər

Professor Vəhid Gəruslu Prezident Kitabxanasının qonağı olub

Professor Vəhid Gəruslu Prezident Kitabxanasının qonağı olub

Professor Vəhid Gəruslu Prezident Kitabxanasının qonağı olub

Birləşmiş Krallığın Belfast Kraliça Universitetinin (QUB) proqram təminatı mühəndisliyi üzrə professoru, Azərbaycan Texniki Universitetinin Fəxri dəvətli professoru və Dünya Azərbaycanlı Alimlər Birliyinin üzvü Vəhid Gəruslu Prezident Kitabxanasının qonağı olub.

Görüş zamanı Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova və Prezident Kitabxanasının direktorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa ilə fikir mübadiləsi aparılıb. Qonağa kitabxananın fəaliyyəti, zəngin fondları və informasiya resursları haqqında ətraflı məlumat verilib, kitabxana-informasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Professor Vəhid Gəruslu görüş zamanı müəllifi olduğu “Quzey və Güney Azərbaycanda Kimlik: Romantik baxışdan analitik və praqmatik təhlilə: İki əsr ayrı qalmış bir xalqın kimlik təhlili” və “Azerbaijan, North and South: One People, Two Centuries of Separation, Shaped by Two Systems, Partial Assimilation, and Identity Spectrums” adlı kitablarını Prezident Kitabxanasına hədiyyə edib. Kitablarda Şimali və Cənubi Azərbaycanda kimliyin formalaşması, iki əsrlik ayrılığın təsirləri və kimlik məsələsinə analitik yanaşmalar araşdırılır. Müəllifin öz təqdimatına görə, əsərlər 30 ildən artıq müşahidələr, müsahibələr və elmi araşdırmalar əsasında ərsəyə gəlib.

Görüşün sonunda Vəhid Gəruslu Prezident Kitabxanasına göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova zəngin elmi-analitik məzmuna malik bu nəşrlərə görə müəllifə minnatdarlığını ifadə edib.

Kitab haqqında
Quzey və Güney Azərbaycanda kimlik: romantik baxışdan analitik və praqmatik təhlilə

Quzey və Güney Azərbaycanda kimlik: romantik baxışdan analitik və praqmatik təhlilə

Gəruslu, Vəhid Yusif oğlu. Quzey və Güney Azərbaycanda kimlik: romantik baxışdan analitik və praqmatik təhlilə: iki əsr ayrı qalmış bir xalqın kimlik təhlili / V. Y. Gəruslu.- Böyük Britaniya: Amazon KDP, 2026.- 314 s.