Xəbərlər

Prezident Kitabxanası Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına Əziz Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar hədiyyə etmişdir

Prezident Kitabxanası Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına Əziz Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar hədiyyə etmişdir

Prezident Kitabxanası Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına Əziz Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar hədiyyə etmişdir

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, dövlətçilik tariximizdə mühüm iz qoymuş Əziz Məmmədkərim oğlu Əliyevin zəngin həyat və fəaliyyəti barədə məlumat verən dörd adda dörd nüsxə kitab (Azərbaycanın və Dağıstanın böyük oğlu, Məmmədov, A.N. Böyük Azərbaycan naminə - Əziz Əliyev, Талыблы, Таһир Ислам оғлу. Әзиз Әлијев: дөврү, һәјаты, шәхсијјәти, Талыблы, Таир. Азиз Алиев: эпоха, жизнь, личность) Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının “Hədiyyə Fondu”ndan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına hədiyyə olunmuşdur.

Kitablar görkəmli dövlət xadiminin Azərbaycan millətinə və dövlətinə ləyaqətlə xidmətini, müxtəlif məsul dövlət vəzifələrində çalışaraq ölkənin siyasi, sosial və mədəni həyatının inkişafına verdiyi töhfələri əhatə edir. Nəşrlərdə Əziz Əliyevin respublikada səhiyyə sisteminin qurulmasında və tibb təhsilinin formalaşdırılmasında göstərdiyi əvəzsiz xidmətlər, eləcə də rəhbər vəzifələrdə çalışdığı dövrlərdə həyata keçirdiyi mühüm islahatlar və təşəbbüslər geniş şəkildə işıqlandırılır.

Əziz Əliyev təkcə Azərbaycanda deyil, Dağıstan Respublikasında da rəhbər vəzifələrdə çalışaraq bu iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verib. Onun fəaliyyəti nəticəsində Azərbaycan və Dağıstan xalqları arasında tarixi dostluq əlaqələri daha da dərinləşmiş, qarşılıqlı anlaşma və əməkdaşlıq ruhu güclənmişdir.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təqdim edilən bu nəşrlər tarixi yaddaşın qorunması, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və Azərbaycanın dövlətçilik ənənələrinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu kitablar görkəmli şəxsiyyətlərin həyat yolunun öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm vəsait rolunu oynayır.