Azərbaycan xalqının tarixində unudulmaz izlər buraxmış faciəli hadisələrin obyektiv şəkildə öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə Prezident Kitabxanası mühüm təşəbbüslə çıxış edib. Kitabxanada azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım siyasətinə həsr olunmuş “Azərbaycanlıların Soyqırımı” adlı virtual kitab sərgisi istifadəçilərin ixtiyarına verilib.
Virtual sərgidə müxtəlif dillərdə nəşr olunmuş fundamental elmi əsərlər, sənəd toplusu və araşdırmalar yer alıb. Bu nəşrlər XX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirilmiş soyqırımı, deportasiya və etnik təmizləmə siyasətini tarixi faktlar, rəqəmlər, şahid ifadələri və beynəlxalq sənədlərlə ətraflı şəkildə işıqlandırır.
Sərgidə təqdim olunan kitablar sırasında 1918-ci ilin mart soyqırımı, 1948–1953-cü illərdə azərbaycanlıların kütləvi deportasiyası, 1988-ci ildən başlayan və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və hərbi təcavüz siyasəti ilə bağlı mühüm mənbələr yer alır.
Virtual sərgi həm tədqiqatçılar, həm də geniş oxucu auditoriyası üçün Azərbaycan həqiqətlərinin sistemli şəkildə təqdim olunmasına xidmət edir. Prezident Kitabxanası bu layihə ilə bir daha soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir və tarixi həqiqətlərin unudulmaması üçün mütəmadi olaraq maarifləndirici resurslar təqdim etməyə davam edir.
Azərbaycan xalqı 200 il ərzində erməni şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir. 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin həyata…