Xəbərlər

Prezident Kitabxanasında akademik Məmməd Arif Dadaşzadənin irsinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında akademik Məmməd Arif Dadaşzadənin irsinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında akademik Məmməd Arif Dadaşzadənin irsinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, tərcüməçi, pedaqoq, nasir, akademik Məmməd Arif Dadaşzadənin zəngin elmi və ədəbi irsinə həsr olunmuş “Akademik Məmməd Arif Dadaşzadə” adlı virtual sərgi hazırlanıb.

Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşması və inkişafında mühüm xidmətləri olan Məmməd Arif Dadaşzadə milli ədəbiyyat tarixinin araşdırılması, ədəbi prosesin elmi prinsiplər əsasında təhlili və ədəbi tənqidin inkişafı istiqamətində mühüm fəaliyyət göstərmişdir. Alim klassik və müasir Azərbaycan ədəbiyyatının tədqiqi, ədəbiyyatın ictimai-estetik mahiyyətinin elmi əsaslarla izahı və milli-mənəvi dəyərlərin öyrənilməsi sahəsində mühüm araşdırmalar aparmışdır. O, eyni zamanda, uzun illər elmi-pedaqoji fəaliyyət göstərərək yüksəkixtisaslı elmi kadrların hazırlanmasına mühüm töhfələr vermiş, Azərbaycan filologiya elminin inkişafında əhəmiyyətli rol oynamışdır. Məmməd Arif dünya ədəbiyyatının görkəmli nümunələrinin Azərbaycan dilinə tərcüməsi sahəsində də məhsuldar fəaliyyət göstərmiş, bir sıra tanınmış əsərlərin Azərbaycan oxucusuna çatdırılmasında mühüm xidmətlər göstərmişdir.

Virtual sərgidə akademik Məmməd Arif Dadaşzadənin həyat və fəaliyyəti, elmi-nəzəri irsi, ədəbi-tənqidi görüşləri və çoxşaxəli yaradıcılığı ilə bağlı kitablar, elmi əsərlər, dövri mətbuat materialları, biblioqrafik mənbələr və digər materiallar təqdim olunur. Sərgi filoloqlar, tədqiqatçılar, müəllim və tələbələrlə yanaşı, Azərbaycan ədəbiyyatı, milli mədəniyyət və elmi-fikir tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün də faydalı informasiya mənbəyi olmaqla, akademik Məmməd Arifin zəngin irsinin daha yaxından öyrənilməsinə və təbliğinə imkan yaradır.

“Akademik Məmməd Arif Dadaşzadə” adlı virtual sərgi görkəmli alimin çoxşaxəli fəaliyyətinin və Azərbaycan ədəbiyyatşünaslığının inkişafına verdiyi töhfələrin sistemli şəkildə təqdim olunmasına xidmət edir. Sərgidə yer alan materiallar Məmməd Arifin milli elmi-fikir tarixində tutduğu yeri, ədəbi düşüncənin inkişafındakı rolunu və zəngin irsinin əhəmiyyətini daha dolğun şəkildə izləməyə imkan verir.

Virtual sərgi
Akademik Məmməd Arif Dadaşzadə

Akademik Məmməd Arif Dadaşzadə

Məmməd Arif XX əsr Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin görkəmli nümayəndələrindən biri kimi milli elmi-fikir tarixində mühüm yer tutur. O, Azərbaycan ədəbiyyatının nəzəri və tarixi problemlərinin araşdırılması, ədəbi prosesin elmi…