Xəbərlər

Əməkdar jurnalist İttifaq Mirzəbəyli kitablarını Prezident Kitabxanasına hədiyyə edib

Əməkdar jurnalist İttifaq Mirzəbəyli kitablarını Prezident Kitabxanasına hədiyyə edib

Əməkdar jurnalist İttifaq Mirzəbəyli kitablarını Prezident Kitabxanasına hədiyyə edib

Prezident Kitabxanasında alimlər, ziyalılar və ictimai xadimlərlə görüşlər bir ənənəyə çevrilib. Əməkdar jurnalist, şair-publisist İrttifaq Mirzəbəyli Prezident Kitabxanasının qonağı olub, görülən işlərlə tanış olub və kitablarını Kitabxana fonduna hədiyyə edib.

İttifaq Mirzəbəyli 1980-ci illərin sonlarından “Dalğa” qəzetindən başlanan junalistlik fəaliyyətini 30 ildən artıqdır ki, “Xalq qəzeti”ndə davam etdirir.

Onun sözlərinə yazılmış mahnılar Bakı, Təbriz, Tehran və İstanbulda dövlət radiolarının qızıl fonduna qəbul edilib. O, jurnalist kimi, İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya, Şimali Kipr və başqa ölkələrdə “Xalq qəzeti”ni təmsil edib.

O, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Cenevrə) “Humanizm carçısı” mükafatına (1994) , “İlin ən yaxşı jurnalisti” adına (1996), “Kamil sənətkar” diplomuna (1999), “Həsən bəy Zərdabi” diplomuna (2003), “Əməkdar jurnalist” fəxri adına (2005) layiq görülüb.

İttifaq Mirzəbəylinin yaradıcılığının əsas istiqamətlərini Azərbaycan dövlətçiliyinin təbliği, görkəmli şəxsiyyətlərin həyat və yaradıcıılğnın parlaq səhifələrini oxuculara çatdırılması təşkil edir. 

Müəllif “Unudulmazlar redaksiyası” (Bakı,  2025), “And və əməl” (Bakı, 2024), “Baş redaktorlarımız haqqında yazılanlar” (Bakı, 2014). “Ustad ömründən anlar (Bakı, 2013) “Əhməd Bakıxanov xatirələrdə” (Bakı, 2012), “Qüdsi əbədiyyəti” (Bakı, 2011), “Dərsliknamə” (Bakı, 2009), “Bəxtlərin ağ səfəri – Həcc” (Bakı, 2006), “Ülfət körpüsü” (Bakı, 2002), “Salam, Qibləm olan diyar...” (Bakı, 2002), “Bağdadı gəzdim gəldim...” (Bakı, 2001), “Ata, hara gedirsən?” (Bakı, 1997) kitablarını Prezident Kitabxanasının fonduna hədiyyə etmişdir.

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Əməkdar jurnalist İttifaq Mirzəbəyliyə rəngarəng kitabları ilə Kitabxana fondunu daha da zənginləşdirdyi üçün minnətdarlıq edib, ona elmi-publisistik və bədii yaradıcılığında uğurlar arzulayıb.