Xəbərlər

Memar Elbay Qasımzadə Prezident Kitabxanasına kitablarını hədiyyə edib

Memar Elbay Qasımzadə Prezident Kitabxanasına kitablarını hədiyyə edib

Memar Elbay Qasımzadə Prezident Kitabxanasına kitablarını hədiyyə edib

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə Prezident Kitabxanasına Azərbaycan və rus dillərində nəşr olunmuş “Memar Elbay Qasımzadə” adlı kitabları hədiyyə etmişdir. Nəşrlər Prezident Kitabxanasının fondlarına daxil edilmişdir.

Kitabda müəllif öz ömür yoluna, memar kimi formalaşma prosesinə və peşəkar dünyagörüşünün yaranmasına təsir göstərmiş mühitə nəzər salır. Nəşrdə Elbay Qasımzadənin ailəsi, zamanın ictimai-mədəni mənzərəsi, onu əhatə edən insanlar, xatirələri və həyatı boyunca müşahidə etdiyi mühüm hadisələr əks olunur.

Müəllif həmçinin həyatında və yaradıcılığında mühüm rol oynamış şəxsiyyətləri və onun peşəkar mövqeyinin formalaşmasına təsir göstərmiş hadisələri paylaşır. Bu baxımdan kitab təkcə şəxsi xatirələr toplusu deyil, həm də müəyyən bir dövrün memarlıq mühitini və ictimai proseslərini əks etdirən dəyərli mənbə kimi diqqət çəkir.

“Memar Elbay Qasımzadə” kitabının azərbaycan və rus dillərində olan elektron variantları Prezident Kitabxanasının E-kitablar bölməsində yerləşdirilərək oxucuların istifadəsinə təqdim olunmuşdur. Bu nəşrlər Azərbaycan memarlıq irsinin öyrənilməsi, müasir memarlıq düşüncəsinin inkişaf mərhələlərinin araşdırılması və elmi-mədəni resursların zənginləşdirilməsi baxımından əhəmiyyətlidir.

Prezident Kitabxanası rəhbərliyi göstərilən diqqətə görə Elbay Qasımzadəyə təşəkkürünü bildirir və bu təşəbbüsü mədəniyyət sahəsində əhəmiyyətli addım kimi qiymətləndirir.

Kitab haqqında
Memar Elbay Qasımzadə

Memar Elbay Qasımzadə

Memar Elbay Qasımzadə / tərc Ş. Səlimov.- Bakı: Şərq-Qərb, 2025.- 720 s.