Prezident Kitabxanasının əməkdaşları Bakıda keçirilən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) 13-cü Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan WUF13 Urban Expo sərgisi ilə tanış olublar. Əməkdaşlar müxtəlif ölkələrin milli pavilyonlarında və stendlərində təqdim edilən layihələr və innovativ şəhərsalma həlləri ilə tanış olublar.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu (WUF) müasir dünyanın üzləşdiyi ən aktual məsələlərdən birini – sürətli şəhərsalmanı və onun icmalar, şəhərlər, ölkələr, iqlim dəyişməsi və siyasi kurslara təsirini araşdırmaq məqsədilə 2001‑ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilib. BMT‑nin Məskunlaşma Proqramı (UN‑Habitat) tərəfindən təşkil olunan bu Forum dayanıqlı şəhərsalma problemlərinin həllinə həsr olunmuş yüksək səviyyəli, açıq və inklüziv platformadır.
Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun, qlobal təşəbbüslərdə fəal iştirakının və dayanıqlı inkişaf sahəsində formalaşdırdığı müasir baxışın mühüm göstəricilərindən olan bu mötəbər tədbirlə əlaqədar Prezident Kitabxanası “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “WUF13 Azərbaycan” adlı elektron informasiya resursu hazırlayıb. “WUF13 Azərbaycan” layihəsi Azərbaycan, ingilis və rus dillərində hazırlanıb. Resursun çoxdilli formatda təqdim olunması beynəlxalq auditoriyanın məlumatlandırılması və Azərbaycanın qlobal şəhərsalma gündəliyində iştirakının daha geniş şəkildə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Elektron layihə ilə tanış olmaq üçün https://wuf13.preslib.az/ linkinə daxil ola bilərsiniz.
Prezident Kitabxanası “Şəhərsalma və Memarlıq İli”nə və qlobal, strateji əhəmiyyətli beynəlxalq tədbir olan Dünya Şəhərsalma Forumunun (World Urban Forum - WUF) 13-cü sessiyasına Azərbaycanın ev sahibliyi etməsinə öz töhfəsini vermək…