Xəbərlər

Milli Azərbaycan Tarixi Muzeyi Prezident Kitabxanasına elmi və mədəni nəşrlər hədiyyə edib

Milli Azərbaycan Tarixi Muzeyi Prezident Kitabxanasına elmi və mədəni nəşrlər hədiyyə edib

Milli Azərbaycan Tarixi Muzeyi Prezident Kitabxanasına elmi və mədəni nəşrlər hədiyyə edib

Milli Azərbaycan Tarixi Muzeyi Prezident Kitabxanasına Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş 16 adda, ümumilikdə 32 nüsxə kitab hədiyyə edib.

Təqdim edilən nəşrlər Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən elmi araşdırmalar, arxiv sənədləri, etnoqrafik təsvirlər, kataloq və albomlar, publisistik məqalələr və sənədli mənbələr əsasında hazırlanmış materiallardan ibarətdir. Burada Zəngəzur və Naxçıvanın erkən orta əsrlər tarixi, Qarabağ bölgəsinin ziyalı irsi, islam mədəniyyətinin maddi izləri, Qafqaz Albaniyasına dair araşdırmalar, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarına əsaslanan nadir eksponatların elmi təsvirləri yer alır.

Bu kitablar Prezident Kitabxanasının fondunun zənginləşdirilməsinə, eyni zamanda, istifadəçilərin tarix, mədəniyyət və muzey işi ilə bağlı etibarlı mənbələrlə təmin olunmasına xidmət edir. Nəşrlər tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün faydalı məlumat bazası rolunu oynayır.

Muzey və kitabxana arasında bu cür əməkdaşlıqlar elmi biliklərin ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir. Yeni nəşrlərin kitabxana fonduna daxil edilməsi həm də milli irsin sistemli şəkildə saxlanılması və gələcək nəsillərə ötürülməsi işinə töhfə verir.