Xəbərlər

Prezident Kitabxanasına Leyla Əliyevanın fəaliyyətinə həsr olunmuş “IDEA-dan başladı” kitabı hədiyyə olunub

Prezident Kitabxanasına Leyla Əliyevanın fəaliyyətinə həsr olunmuş “IDEA-dan başladı” kitabı hədiyyə olunub

Prezident Kitabxanasına Leyla Əliyevanın fəaliyyətinə həsr olunmuş “IDEA-dan başladı” kitabı hədiyyə olunub

Prezident Kitabxanasının fondu ictimai və mədəni dəyəri ilə seçilən yeni nəşrlə zənginləşib. Tanınmış publisist və professor Vaqif Abdullayevin müəllifi olduğu “IDEA-dan başladı” adlı kitab müəllif tərəfindən kitabxanaya hədiyyə olunub.

Kitab Azərbaycanın ictimai həyatında mühüm rol oynayan, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru, “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” (IDEA) İctimai Birliyinin təsisçisi və sədri Leyla Əliyevanın çoxşaxəli ictimai və yaradıcılıq fəaliyyətinə həsr olunub.

Nəşrdə Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş layihələrdən, o cümlədən ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, ekoloji təhsil və maarifləndirmə sahəsində aparılan sistemli işlərdən ətraflı bəhs olunur. Eyni zamanda, Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyəti və bu məqsədlə həyata keçirdiyi diplomatik və mədəni təşəbbüslər də diqqət mərkəzindədir.

Kitabda, həmçinin Leyla Əliyevanın bədii yaradıcılığına da yer ayrılmış, onun müəllifi olduğu bir sıra şeirlər təqdim olunmuşdur. Bu nümunələr, onun təkcə fəal ictimai xadim deyil, həm də incə poetik duyum sahibi olduğunu nümayiş etdirir.

“IDEA-dan başladı” əsəri, sadəcə publisistik material deyil, eyni zamanda çağdaş dövrdə gənc liderlik və vətəndaş məsuliyyəti mövzularına dair dəyərli elmi-ictimai mənbə funksiyasını da yerinə yetirir.

Nəşrin Prezident Kitabxanasının fonduna daxil edilməsi kitabxananın ictimai-siyasi və publisistik mənbələr toplusunu daha da zənginləşdirir və oxucular üçün yeni tədqiqat imkanları yaradır.

Kitab haqqında
İDEA-dan başladı

İDEA-dan başladı

Abdullayev, Vaqif. İDEA-dan başladı / V. Abdullayev; red. M. Çəmənli.- Bakı: Təhsil Nəşriyyat-Poliqrafiya MMC, 2025.- 432 s.