Xəbərlər

Prezident Kitabxanasına Azərbaycan Milli Xalça Muzeyi tərəfindən kitab hədiyyə edilib

Prezident Kitabxanasına Azərbaycan Milli Xalça Muzeyi tərəfindən kitab hədiyyə edilib

Prezident Kitabxanasına Azərbaycan Milli Xalça Muzeyi tərəfindən kitab hədiyyə edilib

Prezident Kitabxanasına Azərbaycan Milli Xalça Muzeyi Happiness in Carpets: 10 Reasons Why a Carpet Can Make You Happy (Xalçalarda xoşbəxtlik: Xalçanın insanı xoşbəxt etməsinin 10 səbəbi) adlı nəşri hədiyyə edib. Kitab Azərbaycan xalça irsinin tədqiqi və təbliği istiqamətində uzun illərdir ardıcıl fəaliyyət göstərən, Azərbaycan Milli Xalça Muzeyinə rəhbərlik edən Əminə Məlikovanın müəllifliyinə məxsusdur.

Nəşrdə Azərbaycan xalçasına ənənəvi elmi və tarixi yanaşmadan kənara çıxılaraq, onun insan duyğuları, ictimai yaddaş və gündəlik həyatla əlaqəsi ön plana çəkilir. Müəllif xalça sənətini öz irsinin və mədəni məsuliyyətinin fərqində olan bir xalqın tarixə və yaradıcılığa verdiyi düşünülmüş cavab kimi təqdim edir. Elmi və bədii əsaslar qorunmaqla yanaşı, kitabda xalçanın daşıdığı bəşəri və emosional məna daha geniş və oxunaqlı kontekstdə izah olunur.

Kitabda Azərbaycan xalçasının insanda niyə güclü emosional təsir yaratdığını açıqlayan 10 əsas səbəb təqdim edilir. Bu səbəblər müxtəlif ictimai mühitlərdə təbii şəkildə formalaşan hisslər üzərində qurulur. Müəllif şəxsi xatirələrinə istinad edərək oxucunu yaddaş və assosiasiyalar üzərindən aparır, xalçaların sevinc, ümid, sevgi və bolluq kimi anlayışlarla necə əlaqələndirildiyini izah edir.

Nəşrdə müvafiq ədəbiyyatın icmalı ilə yanaşı, müəllifin ailəsi və yaxın çevrəsi ilə bağlı hekayələr, Azərbaycan atalar sözləri və klassik nümunələrə istinadlar yer alır. Eyni zamanda, Azərbaycan Milli Xalça Muzeyinin art-terapiya proqramlarında iştirak edən uşaqlarla, eləcə də ölkənin yeganə qadınlar üçün olan həbsxanasında toxuculuq fəaliyyəti ilə məşğul olan məhkumlarla aparılan söhbətlər əsasında əldə edilmiş müşahidələr təqdim olunur. Kitab əsasən xalça kolleksiyaçıları üçün nəzərdə tutulsa da, incəsənətin insan ruhuna təsiri və sosial-mədəni əhəmiyyəti baxımından tədqiqat xarakteri daşıyır.

Prezident Kitabxanasının rəhbərliyi dəyərli nəşrin Prezident Kitabxanasına hədiyyə edilməsinə və milli mədəni irsin təbliğinə verdiyi töhfəyə görə kitabın müəllifi Əminə Məlikovaya təşəkkürünü bildirir.

Kitab haqqında
Happiness in Carpets: 10 reasons why a carpet can make you happy

Happiness in Carpets: 10 reasons why a carpet can make you happy

Happiness in Carpets: 10 reasons why a carpet can make you happy / Azerbaijan National Carpet Museum; idea, text A. Melikova; trans.: I. Peart [et al.]; ed. I. Peart.- Baku, 2025.- 184 p.- İngilis dilində.