Xəbərlər

Prezident Kitabxanasına yeni nəşr hədiyyə olunub

Prezident Kitabxanasına yeni nəşr hədiyyə olunub

Prezident Kitabxanasına yeni nəşr hədiyyə olunub

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən hazırlanan “Гейдар Алиев и нефтяная стратегия Азербайджана в 1969–1982 гг.” (“Heydər Əliyev və 1969–1982-ci illərdə Azərbaycanın neft strategiyası”) adlı dəyərli nəşr Prezident Kitabxanasına hədiyyə olunub.

Kitabda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin fondlarından seçilmiş sənədlər təqdim olunur. Bu sənədlər Ümummilli lider Heydər Əliyevin 1969–1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi neft strategiyasını hərtərəfli şəkildə işıqlandırır.

Toplu, tarixçilər, politoloqlar, neft sahəsi üzrə mütəxəssislər, Ümummilli lider Heydər Əliyevin siyasi irsini və çoxşaxəli fəaliyyətini araşdıran tədqiqatçılar, eləcə də Azərbaycanın tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinə dəyərli nəşri Prezident Kitabxanasının fonduna hədiyyə etdiyi üçün təşəkkürümüzü bildiririk.

Bu nəşrin Prezident Kitabxanasının fonduna daxil edilməsi, ölkəmizin müasir tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və Heydər Əliyev irsinin tədqiqinə dəyərli töhfə verir.

Kitab haqqında
Гейдар Алиев и нефтяная стратегия Азербайджана в 1969-1982 гг.

Гейдар Алиев и нефтяная стратегия Азербайджана в 1969-1982 гг.

Гейдар Алиев и нефтяная стратегия Азербайджана в 1969-1982 гг.: сборник документов / Управление Делами Президента Азербайджанской Республики Архив Общественно-Политических Документов; рук. проекта, отв. сост. Э. С. Алекперова; сост. Ш. А. Абдуллаева.- Баку: Elm və təhsil, 2023.- 208 с.