Xəbərlər

Prezident Kitabxanası “Azərbaycan milli mətbuatı – 150” adlı virtual kitab sərgisi təqdim edib

Prezident Kitabxanası “Azərbaycan milli mətbuatı – 150” adlı virtual kitab sərgisi təqdim edib

Prezident Kitabxanası “Azərbaycan milli mətbuatı – 150” adlı virtual kitab sərgisi təqdim edib

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Prezident Kitabxanası tərəfindən “Azərbaycan milli mətbuatı – 150” adlı virtual kitab sərgisi hazırlanaraq ictimaiyyətə təqdim olunub. Sərgi milli mətbuatımızın təşəkkül və inkişaf mərhələlərini, publisistikanın formalaşma prosesini, jurnalistikanın nəzəri, hüquqi və etik əsaslarını əhatə edən elmi və publisistik nəşrlərdən ibarətdir.

Virtual sərgidə təqdim olunan kitablar Azərbaycan mətbuat tarixinin əsas istiqamətlərini işıqlandırmaqla yanaşı, mətbuatın cəmiyyət həyatında oynadığı mühüm rolu da əks etdirir. Burada XIX əsrdə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetindən başlayaraq “Molla Nəsrəddin”, “Azərbaycan” və digər mətbuat orqanlarının tarixi, mühacirət və sovet dövrləri mətbuatı, AZƏRTAC-ın fəaliyyəti, eləcə də müasir informasiya siyasəti və rəqəmsal media tendensiyalarına dair mənbələr yer alıb.

Sərgidə Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunmuş mətbuat orqanları, Vətən müharibəsi zamanı media orqanlarının rol və fəaliyyətləri, müstəqillik illərində informasiya siyasətində medianın əhəmiyyəti, eləcə də Ümummilli lider Heydər Əliyevin milli jurnalistikanın inkişafında oynadığı misilsiz rol barədə nəşrlər də təqdim edilir.

Bu virtual kitab sərgisi tədqiqatçılar, jurnalistlər və geniş oxucu auditoriyası üçün dəyərli mənbə olmaqla yanaşı, həm də milli mətbuat tarixinin zəngin irsini əks etdirən və onu gələcək nəsillərə çatdırmağı hədəfləyən əhəmiyyətli informasiya resursudur.
 

Virtual sərgi
Azərbaycan milli mətbuatı - 150

Azərbaycan milli mətbuatı - 150

XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli…