Xəbərlər

Prezident Kitabxanasının bölmə müdiri Zakir İsmayılov beynəlxalq elmi konfransda çıxış edib

Prezident Kitabxanasının bölmə müdiri Zakir İsmayılov beynəlxalq elmi konfransda çıxış edib

Prezident Kitabxanasının bölmə müdiri Zakir İsmayılov beynəlxalq elmi konfransda çıxış edib

21 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda müxtəlif ölkələrdən nümayəndələr, həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Afət Abbasova və Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmayılov iştirak ediblər.

Z. İsmayılov “İnformasiya təhlükəsizliyi və kitabxanalar (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının təcrübəsi əsasında)” mövzusunda çıxış edib. Çıxışda qeyd olunb ki, müasir cəmiyyətin inkişafında kibercinayətkarlıq meylləri yeni problemlərin həllini tələb edir. İnformasiya fəaliyyətində kompüter texnologiyalarının, şəbəkə resurslarının və ən son texnologiyaların geniş tətbiqi şəraitində sosial və kommunikasiya müəssisələrinin, xüsusən də kitabxanaların qarşısında informasiya ehtiyatlarının qorunması və informasiya təhlükəsizliyinin təmin edilməsi vəzifəsi durur.

Eyni zamanda Prezident Kitabxanasında informasiya ehtiyatlarına icazəsiz daxil olma hallarına qarşı mübarizədən, yaradılmış informasiya resurslarının qorunmasından və görülən tədbirlərdən geniş bəhs edilmişdir. Qeyd olunmuşdur ki, bu sahədə mühafizəni gücləndirmək, hər gün ortaya çıxan yenilikləri öyrənmək və təhlil etmək effektiv yollardan hesab edilir.

Konfrans iştirakçılarının çıxışları konfrans materialları kimi çap edilmişdir.