Xəbərlər

Prezident Kitabxanası Aida İmanquliyevanın elmi irsinə həsr olunmuş virtual sərgi təqdim edib

Prezident Kitabxanası Aida İmanquliyevanın elmi irsinə həsr olunmuş virtual sərgi təqdim edib

Prezident Kitabxanası Aida İmanquliyevanın elmi irsinə həsr olunmuş virtual sərgi təqdim edib

Prezident Kitabxanası Azərbaycanda ilk qadın şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının ildönümü münasibətilə virtual sərgi hazırlayıb və təqdim edib.

Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur. Bu da özlüyündə nəinki ərəb ədəbiyyatının, bütövlükdə müasir Şərq ədəbiyyatlarının həmin aspektdə araşdırılması üçün mühüm zəmin yaradır. Bir alim kimi Aida İmanquliyevanın fəaliyyət dairəsi geniş və çoxşaxəli idi. O, həmçinin ərəb ədəbiyyatından bəzi nümunələri - Mixail Nuaymənin, Mahmud əz-Zahirin, Məhəmməd Dibin, Sahib Camalın, Süheyl İdrisin, Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə edərək həmin əsərlərin poetik ruhunu, məna və məzmununu olduğu kimi saxlayıb.

Virtual sərgidə alimin həyatı, elmi fəaliyyəti, əsərləri, həmçinin haqqında yazılmış kitablar yer alır.

Virtual sərgi yalnız tədqiqatçılar üçün deyil, həm də geniş oxucu kütləsi üçün dəyərli bir mənbədir. Burada toplanmış materiallar alimin elmi və publisistik fəaliyyətini əhatəli şəkildə nümayiş etdirir və onun Azərbaycan şərqşünaslıq elminin inkişafında tutduğu mövqeyi dərindən öyrənməyə imkan verir.

Virtual sərgi
Azərbaycan şərqşünaslığının parlaq siması – Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının parlaq siması – Aida İmanquliyeva

Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin inkişafında böyük xidmətlər göstərib, onu respublikamızdan kənarda layiqincə təmsil edib. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, bir neçə Şərq və Qərb…