Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnkişaf – məqsədimizdir” çoxcildliyinin 147-ci cildi Prezident Kitabxanasının fonduna daxil olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini sistemli şəkildə əks etdirən “İnkişaf – məqsədimizdir” çoxcildliyinin 147-ci cildi nəşr olunaraq Prezident Kitabxanasının fonduna daxil olub. Bu cild 2025-ci ilin avqust-sentyabr ayları ərzində ölkədə və beynəlxalq miqyasda baş verən mühüm siyasi hadisələri, dövlət başçısının çıxış və görüşlərini əhatə edir.

Bu cilddə Prezident İlham Əliyevin xarici səfərləri və beynəlxalq görüşləri ətraflı əks olunub. Buraya Amerika Birləşmiş Ştatlarına işgüzar səfər və Prezident Donald Tramp ilə görüş, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş” layihəsinin paraflanması mərasimi, həmçinin Türkmənistan və Çin səfərləri daxildir. Dövlət başçısının Azərbaycan, Özbəkistan və Türkmənistan arasında yüksək səviyyəli görüşü və ŞƏT+ formatında iştirakı ilə bağlı materiallar da təqdim olunub.

Kitabda Prezident İlham Əliyevin Gəncə və Qarabağa səfərləri, Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksində tikilmiş evlərdə yaradılmış şəraitlə tanışlığı və buraya köçən sakinlərlə görüşləri, eləcə də infrastruktur layihələrinin açılış mərasimlərində çıxışları və ölkədə həyata keçirilən sosial-iqtisadi layihələrin geniş təqdimatı əks olunub. Bunlarla yanaşı, Prezidentin Azərbaycan media nümayəndələri və Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibələr də cilddə yer alıb.

Bu nəşr tədqiqatçılar, tarixçilər və ictimaiyyət nümayəndələri üçün mühüm mənbə olmaqla yanaşı, dövlət başçısının ölkə və beynəlxalq səviyyədəki fəaliyyətlərini sistemli şəkildə əks etdirən müasir Azərbaycan tarixinin dəyərli salnaməsidir.

Kitab haqqında
İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər

İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər

Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov.
147-ci kitab: avqust 2025 - sentyabr 2025.- Bakı: Azərnəşr, 2026.- 392 s.