- Sərlövhə:
- Azərbaycan arxeologiyası
- Nəşr ili:
- 2008
- Cild:
- 1
- Annotasiya:
- Kitabın I cildi respublikamızın ərazisində Daş dövrü üzrə aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunmuşdur. Əsərdə Azərbaycan ərazisində qeydə alınmış dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrindən aşkar olunmuş arxeoloji, paleontoloji və paleoantropoloji qalıqlar arxeologiya elminin son nailiyyətləri əsasında təqdim edilmişdir. Respublikamızın ərazisində müəyyən edilmiş quruçay, aşel, mustye, üst Paleolit, Mezolit və Neolit arxeoloji mədəniyyətlərinin inkişaf xüsusiyyətləri, ulu sakinlərin əmək alətləri hazırlamaları, ovçuluq, yığıcılıq təsərrüfatı, ibtidai tikililərin yaranması, odu kəşf etməsi, qayaüstü təsvirlərin meydana gəlməsi, ibtidai insanların mənəvi aləmi və Qarabağın ən qədim tarixi maddi mədəniyyət qalıqları əsasında şərh edilmişdir.
Biblioqrafik təsvir
Azərbaycan arxeologiyası: 6 cilddə / AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu; red. heyəti: İ. Babayev [et al.]; baş red. M. Rəhimova; elmi red. Ə. Cəfərov.
I cild: Daş dövrü.- Bakı: Şərq-Qərb, 2008.- 448 s.