Информация о книге

Azərbaycan arxeologiyası

Azərbaycan arxeologiyası

Azərbaycan arxeologiyası
Заглавие:
Azərbaycan arxeologiyası
Год издания:
2008
Том:
1
Аннотация:
Kitabın I cildi respublikamızın ərazisində Daş dövrü üzrə aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunmuşdur. Əsərdə Azərbaycan ərazisində qeydə alınmış dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrindən aşkar olunmuş arxeoloji, paleontoloji və paleoantropoloji qalıqlar arxeologiya elminin son nailiyyətləri əsasında təqdim edilmişdir. Respublikamızın ərazisində müəyyən edilmiş quruçay, aşel, mustye, üst Paleolit, Mezolit və Neolit arxeoloji mədəniyyətlərinin inkişaf xüsusiyyətləri, ulu sakinlərin əmək alətləri hazırlamaları, ovçuluq, yığıcılıq təsərrüfatı, ibtidai tikililərin yaranması, odu kəşf etməsi, qayaüstü təsvirlərin meydana gəlməsi, ibtidai insanların mənəvi aləmi və Qarabağın ən qədim tarixi maddi mədəniyyət qalıqları əsasında şərh edilmişdir.

Библиографическое описание

Azərbaycan arxeologiyası: 6 cilddə / AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu; red. heyəti: İ. Babayev [et al.]; baş red. M. Rəhimova; elmi red. Ə. Cəfərov.
I cild: Daş dövrü.- Bakı: Şərq-Qərb, 2008.- 448 s.