Town planning and architecture of Azerbaijan in the XIX - early XX centuries
İncəsənət fondu
Town planning and architecture of Azerbaijan in the XIX - early XX centuries [Shamil Fatullayev-Figarov]
Monoqrafiyada Azərbaycanın böyük və kiçik şəhərlərinin təhlili aparılmış, onların planlaşdırma, kompozisiya və bədii tərəfləri işıqlandırılmışdır. Tədqiqat işində Bakı- ya kapitalizm əsrinin şəhərsalma sənətinin əsas prinsiplərinin geniş təmsil olunduğu, sürətli inkişaf yolu keçən bir şəhər kimi ayrıca yer ayrılmışdır. Azərbaycanda XIX əsr - XX əsrin əvvəllərinin kapitalizm epoxasının memarlığı demək
olar öyrənilməmişdir. Mahiyyət etibarilə o dönəmin heç bir qurması, onların mövcudluğunun təsbit faktını hesaba almasaq, ümumi xarakterli nəşrlərdə işıqlandırılmamışdir. Bu memarliq yaxın zamanlara qədər tədqiqatçıların diqqətindən kənarda qalmışdır, belə ki, onun inkişaf illəri memarlığın tənəzzül dövrü hesab edilmişdir. Bu gün XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərinin memarlığına münasibət dəyişmişdir. Onun inkişafi müasir memarlığın təşəkkül prosesi ilə ümumi bağlılıqda gözdən keçirilməyə başlamışdır.
Bu araşdırmanın məqsədi - XIX əsr -XX əsrin əvvəllərində Azərbaycanda memarlıq və şəhərsalmanın inkişaf yollarını müəyyən etmək, dərinliklərində müasir Azərbaycan memarlığının inkişafına zəminin yarandığı həmin bu araşdırılan dövrün milli memarlığının özünəməxsusluğunu, səciyyəvi özəlliklərini
müəyyən etməkdir.
Azərbaycanın şəhərlərinin planlaşdırması və tikilişinə, XIX əsr - XX əsrin əvvəllərinə aid ictimai qurmaların memarlığına dair zəngin material müəllifə bu monoqrafiyanı üç: "Şəhərsalma", "Memarlıq" və "Bədii istiqamət" bölmələrinə ayırmağa imkan vermişdir. Bu, Azərbaycan șohərlərinin özünəməxsusluğunu və fərdiliyini daha yaxşı açıb göstərməyə, formalaşması və inkişafının təməlində dayanan müsbət cəhətləri üzə çıxarmağa kömək edir.