Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında hazırlanan “Azərbaycan qadınlarının baş bəzəkləri” kitabı Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə 2023 – cü ildə nəşr olunub. Bu muzeyin Arxeologiya və Xüsusi fondlarında e.ə. VI minillikdən b.e. XX əsrinə qədərki çox uzun bir zaman kəsiyinə aid çeşidli bəzək əşyaları qorunub saxlanılır. Bu kitab – kataloqda azərbaycan qadınların XIX əsr – XX əsrin əvvələrinə aid müxtəlif növ baş bəzəkləri, tarixi – etnoqrafik baxımdan əhatəli şəkildə təqdim olunmuşdur.
Azərbaycan qadınların ənənəvi baş bəzəkləri zinət əşyaları hazırlanma texnikası, forma, bədii kompozisiya quruluşuna, sosial status və yaş qrupuna görə fərqlənmişdir. Kataloqda milli baş bəzək zinət əşyalarının işlənməsində istifadə olunan zərgərlik texnikalarından bəhs olunur (şəbəkə texnikası elementləri: “vov” elementləri (ərəb əlifbasının “vav و” hərfinə bənzədilirdi), dolma-çiçək, eşmə-divarə və s.), eskizləri göstərilir. Həmçinin milli baş bəzək zərgərlik (sırğa, qəfəsə, tac, alınlıq, başlıq, çənəbənd, qarmaq) nümunələrinin kataloquna baxarkən azərbaycan qadınlarının bu zinət əşlarından hansı məqsədlə istifadə edildiyi ilə tanış olmaq olar.