Vilfrid Koxun hazırki “Böyük memarliq üslublari ensiklopediyası” 21-ci yenidən işlənmiş və yenilənmiş nəşri ilə 1982-ci ildən bəri təqdim olunan hər kəs üçün nəzərdə tutulmuş məlumat kitabçasıdır ki, incəsənət tarixi ilə maraqlananlar, mütəxəsis memarlar, həmçinin memarlıq tələbələri üçün memarlıq üslublarının öyrənilməsində əvəzsiz ensiklopediyadır.
Bu kitab antik dövrdən bu günə qədər Avropa memarlığına dair qeyri-adi böyük həcmdə illüstrasiyalar və digər məlumatları təqdim edir: "Dini memarlıq", "Möhkəmlənmiş qəsr və saray”, "Şəhər və ictimai binalar" və "Şəhərlərin inkişafı" bölmələri üçün təfərrüatlı, sistemli şəkildə qurulmuş mətnlər, təxminən 2800 memarlıq eskizləri ilə təsvir edilmişdir. Bunlara bir sıra yenidən işlənmiş və ya əvvəllər dərc olunmamış üfüqi proyeksiyalar, eləcə də binaların yerlərini göstərən 50 xəritə daxildir.
3000 il ərzində Avropa memarlıq üslublarının geniş icmalını tamamlamaq üçün kitab təxminən 1100 əsas sözdən ibarət əlifba sırası ilə düzülmüş təsvirli lüğət, yer adlarının və şəxs adlarının təfərrüatlı indeksləri və beş dildə terminoloji izahlı lüğət ilə yekunlaşır.