Azərbaycan xalçaları: İRƏVAN QRUPU

İncəsənət fondu

Azərbaycan xalçaları: İRƏVAN QRUPU

Azərbaycan xalçaları: İRƏVAN QRUPU
Qərbi Azərbaycanda ilk müstəqil Azərbaycan dövləti olan İrəvan xanlığında toxunan xalçalar vaxtı ilə bütün dünyada məşhur olmuşdur. İrəvan xalçaçılıq məktəbinin nümunələri zaman zaman xarici ölkələrə daşınmış, erməni kolleksiyaçıların sərvətinə çevrilmişdir... Kitab "Azərbaycan xalçaları bütün məktəbləri ilə" adlı böyük layihədən olan İrəvan qrupuna həsr edilmişdir. Burada Azərbaycan torpaqları olan İrəvan bölgəsinin (indiki Ermənistanın) tarixinə nəzər salınır, İrəvan qrupu xalçalarının xarakteristikası və sənətkarlıq xüsusiyyətlərindən bəhs olunur. Azərbaycan Respublikasında şəxsi kolleksiyada saxlanılan əsasən XIX-XX əsrləri əhatə edən Azərbaycan xalçalarının İrəvan qrupuna aid 102 nadir xalçanın şəkli və təsviri verilir. Kitabda təqdim olunan hər bir xalçanın çeşnisi, rəng ahəngi, semantikası, insanların ətraf mühitə və inkişafa dair fəlsəfi baxışları onların Azərbaycan gerçəkliyinin əksi olduğunu qəti şəkildə ortaya qoyur.