Qarabağ Geyimləri [Fəzayıl Vəliyev]
Fəzayıl Vəliyev və Gülzadə Abdulova tərəfindən hazırlanan bu kitab -kataloq ilk dəfə olaraq XIX əsrin sonu – XX əsrin əvvələrində Azərbaycanın Qarabağ bölgəsi əhalisinin geyim mədəniyyətini, təsnifatını, məhəlli – lokal xüsusiyyətlərini, əyani -vizual görüntüsünü və tarixi-etnoqrafik xüsusiyyətlərini tədqiq edir. Bu Kitab – kataloqun təqdim edilməsində əsas qayə, Qarabağ geyim mədəniyyətinin elmi – etnoqrafik təhlilini, təsvirini, şərhini və təsnifatını verməklə Qarabağ geyimlərinin şəksiz olaraq türk etnik – mədəni mühitində formalaşdığını göstərmək və bu geyimlərin xalqımızın milli xüsusiyyətlərinin daşıyıcısı olduğunu sübuta yetirməkdir. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı fondu qrant layihəsi çərçivəsində 2006 – cı ildə nəşr olunan bu kitab – kataloq Azərbaycan geyim mədəniyyətinin ümümdünya geyim mədəniyyəti fonunda təbliğ olunmasında mühüm rol oynayır.