Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2008-ci il tarixli qərarına əsasən Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin yerləşdiyi bina MTN-in balansına verilmişdir. Əsasli təmir-tikinti işlərindən sonra Mədəniyyət Mərkəzinin binasının rəsmi açılışı ilə bağlı mərasim Azərbaycan
Respublikasının Prezidenti cənab Ilham Əliyevin iştirakı ilə 14 mart 2009-cu il tarixdə keçirilmişdir.
“Rəngarəng duyğular” rəsm studiyasında təsviri incəsənətin sirlərini öyrənən uşaqlar və yeniyetmələr daxili dünyalarındakı fikirləri boyalarla kağıza, kətana, həmçinin dekorativ kompozisiyalara köçürməklə, Azərbaycanın rəngarəng təbiətini, tarixi abidələrimizi, dünyani, kosmosu, yerüstü və yeraltı aləmi öz baxış bucaqlarından təqdim edirlər. Onların bir-birindən seçilən əl işlərinin Mədəniyyət Mərkəzində təşkil edilən nümayişləri, rəsm sərgiləri tamaşaçıların böyük marağına səbəb olur.
Kitabda uşaqların və yeniyetmələrin yaradıcılıq nümunələrini izlədikcə siz də onların rəngarəng duyğularının şahidi olacaq və parlaq Azərbaycan gəncliyi ilə bir daha qürur duyacaqsınız.