Bəxtiyar Vahabzadə - 100

Virtual sərgi

Bəxtiyar Vahabzadə Azərbaycan xalqının XX əsrdə yetirmiş olduğu ən böyük simalarındandır. Görkəmli şair vətənpərvərlik, fəlsəfi düşüncələr, sevgi və insanlıq mövzularında dərin mənalı əsərləri ilə xalqımızın ruhuna toxunmuşdur. Şairin yaradıcılığı milli mədəniyyətin formalaşmasında və inkişafında mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə B. Vahabzadə yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edib. B. Vahabzadə həm də alim kimi Azərbaycan elmi qarşısında xidmətlər göstərib. Azərbaycan ədəbiyyatında, ictimai fikir tariximizdə müstəsna rol oynayan B. Vahabzadə özündən sonra böyük bir irs qoyub. Həm şair, həm alim, həm də ictimai xadim kimi Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin inkişafına bənzərsiz töhfə verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Yubiley tədbirləri ilə əlaqədar kitabxanamızda şairin həyat və yaradıcılığını əks etdirən kitabların virtual sərgisi yaradılmışdır.