






































Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Mirvarid Dilbazi zəngin bədii irsi ilə milli poeziyamızın inkişafında mühüm xidmətlər göstərmiş sənətkarlardandır. Onun çoxşaxəli yaradıcılığı Azərbaycan xalqının tarixi keçmişinin, milli-mənəvi dəyərlərinin, Vətənə və doğma yurda sonsuz məhəbbətin, təbiətin gözəlliklərinin və insanın mənəvi aləminin yüksək poetik ifadəsi ilə səciyyələnir. Şairin lirik və epik əsərləri dərin vətəndaşlıq mövqeyi, humanist ideyaları, milli-mənlik şüurunun möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mirvarid Dilbazinin yaradıcılığı Azərbaycan ədəbi fikrinin qiymətli nümunələrindən biri kimi daim tədqiqatçıların diqqət mərkəzində olmuş, onun əsərləri müxtəlif dillərə tərcümə edilərək ölkəmizin hüdudlarından kənarda da geniş oxucu rəğbəti qazanmışdır. Təqdim olunan virtual sərgidə Mirvarid Dilbazinin əsərləri, həyat və yaradıcılığına dair kitablar toplanmışdır. Sərginin məqsədi görkəmli şairin zəngin ədəbi irsini, Azərbaycan poeziyasının inkişafındakı xidmətlərini və milli-mədəni irsimizin qorunub yaşadılmasına verdiyi töhfələri oxuculara dolğun şəkildə təqdim etməkdir.