Goldene Worte der Hohenzollern

Nadir kitablar fondu

Goldene Worte der Hohenzollern

Goldene Worte der Hohenzollern
“Goldene Worte der Hohenzollern” (“Hohensollernlərin qızıl sözləri”) nəşri – imperator (kayzer) I Vilhelmin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış illüstrasiyalı xatirə kitabıdır. Kitab Berlin şəhərində alman dilində çap olunmuşdur. A. Zaydel tərəfindən tərtib və redaktə edilmiş bu nəşr, Brandenburq-Prussiya qoluna mənsub Hohensollern sülaləsi nümayəndələrinin çıxışlarını, aforizmlərini və bioqrafik təsvirlərini əhatə edən bir topludur. Nəşrdə Almaniyanın milli birliyi və dövlət əzəmətinin simvolu sayılan imperator (kayzer) I Vilhelmin obrazına xüsusi diqqət yetirilir. Kitaba daxil edilmiş 20 ksiloqrafiya texnikası ilə işlənmiş portret onun bədii-estetik görünüşünə əlavə ifadəlilik qatır. Bu nəşr XIX əsrin sonlarına aid mühüm tarixi mənbə olmaqla yanaşı, Alman imperiyasının siyasi-maarifçilik yönümlü ədəbiyyatının da dəyərli nümunəsi hesab olunur.