The Works

Nadir kitablar

The Works

[ Christopher Marlowe :: 1902 ]
The Works
“The Works” (“Əsərləri”) görkəmli ingilis dramaturqu, şairi və İntibah dövrünün tərcüməçisi Kristofer Marlonun əsərlərinin tam toplusudur. Nəşr 1902-ci ildə ingilis dilində işıq üzü görmüşdür. Topluya müəllifin məşhur pyesləri, poetik əsərləri və tərcümələri daxil edilmişdir. Kristofer Marlonun yaradıcılığı ingilis ədəbiyyatının və Yelizaveta dövrü dramaturgiyasının inkişafına mühüm təsir göstərmişdir. Kitab Marlonun yaradıcılığının, eləcə də XVI əsrin sonlarında ingilis teatrı və ədəbiyyatı tarixinin öyrənilməsi baxımından dəyərli mənbə hesab olunur.