“Rounding Up the Raider” — britaniyalı yazıçı Persi F. Vestermanın (Percy Francis Westerman) hərbi-dəniz mövzusunda macəra romanıdır. XX əsrin 30-cu illərində Londonda, Qlazqoda və Bombeydə ingilis dilində nəşr olunan bu əsər Birinci Dünya müharibəsi zamanı Britaniya gəmisi heyətinin qəhrəmanlıqlarla dolu dəniz döyüşlərini və macəralarını təsvir edir. Roman dinamik süjeti, maraqlı təsvirləri və vətənpərvər ruhu ilə gənc auditoriya üçün nəzərdə tutulub. Kitab müharibələrarası dövrün hərbi macəra janrının mühüm nümunəsi olmaqla yanaşı, kitabxanamızın nadir və qiymətli nəşrlərindən biridir.