“Jocelyn” (“Joslen”) kitabı — fransız yazıçısı Alfons de Lamartinin poetik romanıdır və 1907-ci ildə Parisdə nəşr olunmuşdur. Əsər kənd keşişinin gündəlik qeydləri formasında yazılıb və Fransız İnqilabı dövründə baş verən hadisələr fonunda məhəbbət, fədakarlıq və mənəvi saflıq kimi dəyərləri ön plana çəkir. Əsər, poeziya ilə insanın mənəvi borcu və hissləri arasında gedən daxili mübarizə barədə fəlsəfi düşüncələri ustalıqla bir araya gətirir. Nəşr incə zövqlə işlənmiş bədii tərtibatı ilə fərqlənir. XX əsrin əvvəllərinə xas modern üslubunda bəzəklər və dekorativ naxışlarla zənginləşdirilmişdir.
Kitab bu gün Prezident Kitabxanasının Nadir fondunda klassik fransız ədəbiyyatının dəyərli nümunəsi kimi qorunur.