Elize de Pressansenin (Élise de Pressensé) “Petite Mère” (“Balaca ana”) adlı əsəri XIX əsrin sonlarında Parisdə fransız dilində nəşr olunmuş nadir kitablardan biridir. Kitabda kiçik bir qızın ailəsinə qayğı göstərməsi, bacı və qardaşları üçün “balaca ana”ya çevrilməsi haqqında təsirli bir hekayə danışılır. Kitab nəzakət, məsuliyyət hissini özündə birləşdirir, oxucuda sevgi, məsuliyyət və fədakarlıq kimi dəyərləri formalaşdırır. Sadə və emosional dildə yazılmış, zərif tərtibatı ilə seçilən bu kitab XIX əsrin sonu fransız uşaq ədəbiyyatının diqqətəlayiq nümunələrindəndir.