Le Roman d’un Cancre

Nadir kitablar

Le Roman d’un Cancre

[ Jules Girardin :: 1883 ]
Le Roman d’un Cancre
J. Jirardinin (Jules Girardin) “Le Roman d’un Cancre” (“Bir tənbəlin romanı”) kitabı XIX əsrin sonlarına aid nadir və zəngin tərtibatlı nəşrlərdən biridir. Kitab 1883-cü ildə Parisdə fransız dilində nəşr olunub. Əsər tənbəl, zəif oxuyan bir şagirdin obrazı vasitəsilə o dövr Fransasının məktəb reallığını əks etdirən satirik-pedaqoji romandır. Müəllif komik və ibrətamiz epizodlar vasitəsilə təhsil sistemini və təhsilə formal yanaşmanı tənqid edir, həmçinin mənəvi tərbiyə və sosial fərqlər məsələlərinə toxunur. İllüstrasiyalar əsərə parlaq vizual çalar verir, onun həm yumoristik, həm də didaktik məzmununu gücləndirir. Bu nəşr XIX əsr Fransız pedaqoji fikrinin ədəbi abidəsi kimi maraq doğurur və kitabxanamızın Nadir kitablar fondunda qiymətli eksponatlardan biri sayılır.